Xetaq Qazyumov 2-ci, Şərif Şərifov 3-cü oldu

Dünya Güləş Birliyi (UWW – United World Wrestling) 2015-ci il aprel ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. Allsport.az xəbər verir ki, sərbəst güləşçilərimizdən 12 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub.

Son Dünya çempionatının gümüş mükafatıçısı Xetaq Qazyumov (97 kq) və Paris Qran Prisinin qalibi Məhəmməd Müslümov (65 kq) reytinqdəki mövqelərini qoruyub. Olimpiya çempionumuz Şərif Şərifov ötən ay keçirilən Dünya Kuboku yarışlarındakı uğurlu çıxışı ilə reytinqdəki mövqeyini yaxşılaşdırıb. Məlumat üçün bildirək ki, Şərif Şərifov yığmamızın İranla görüşündə Dünya çempionu Reza Yazdanini tam üstünlüklə məğlub etməsi güləş ictimaiyyəti tərəfindən də böyük maraqla qarşılanmışdı. İlk onluqda yer alan güləşçilərimizdən biri də Ruslan Dibirhacıyev (70 kq) olub. Bundan əvvəlki siyahıda yer almayan Olimpiya çempionumuz Toğrul Əsgərov Dünya Kubokunda iştirakından sonra reytinq siyahısında 15-ci, Aleksandr Qostiyev (86 kq) isə 13-cü yerdə qərarlaşıb.

57 kq
17. Əhmədnəbi Qvarzatilov – Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (15)

65 kq
4. Məhəmməd Müslümov – Paris Qran Pri turniri 1-ci yer (4)
13. Hacı Əliyev – Paris Qran Pri turniri 3-cü yer (12)
15. Toğrul Əsgərov – Dünya Kuboku 3-cü yer (nr)

70 kq
10. Ruslan Dibirhacıyev – Paris Qran Pri turniri 3-cü yer (12)

74 kq
11. Cəbrayıl Həsənov – Dünya Kuboku 3-cü yer (9)

86 kq
13. Aleksandr Qostiyev – Yaşar Doğu turniri 1-ci yer (nr)
18. Məhəmmədhacı Xatiyev – U-23 AÇ 2-ci yer (19)

97 kq
2. Xetaq Qazyumov – A.Medved turniri 1-ci yer (2)
3. Şərif Şərifov – A.Medved turniri 2-ci yer (5)
19. Nurməhəmməd Hacıyev – U-23 AÇ 2-ci yer (20)

125 kq
12. Cəmaləddin Məhəmmədov – Paris Qran Pri turniri 2-ci yer (11)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Həmin kateqoriyadan