Respublika Spartakiadasında stolüstü tennis üzrə qaliblər müəyyənləşib

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən XII Respublika Spartakiadası davam edir. Allsport.az xəbər verir ki, yarış orta ixtisas təhsil müəssisələri tələbələri arasında keçirilir.

XII Respublika Spartakiadasının təqvim planına idmanın 6 növü daxil edilib. Atletika, şahmat, dama, voleybol, basketbol, stolüstü tennis üzrə yarışda qızlar və oğlanlar mübarizə aparırlar.

Yarışın növbəti günündə stolüstü tennis üzrə qızlar və oğlanlar arasında qaliblər müəyyənləşib. Oyunlar Bakı Sənaye Pedaqoji Kollecinin idman zalında keçirilib.

Gərgin idman mübarizəsi şəraitində davam edən yarışda qızlar arasında Bakı Sənaye Pedaqoji Kollecinin komandası birinci yeri tutub. Bakı 2 nömrəli Baza Tibb Kolleci ikinci, Bakı Qida Sənayesi Kollecinin komandası isə üçüncü olub.

Oğlanlar arasında keçirilən Spartakiadanın nəticələrinə görə, ilk üçlükdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dəniz Balıq-Sənayesi Kolleci və Bakı Humanitar Kollecinin təmsilçiləri qərarlaşıb.

Həmin kateqoriyadan