Xorvatiyalı mütəxəssis çexlərlə oyun üçün start heyəti açıqlayıb

Sabah “ay-ulduzlular”ımız DÇ-2018-in seçmə mərhələsində Çex Respublikası yığmasını qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, baş məşqçisi Robert Prosineçki oyun öncəsi mətbuat konfransında ənənəsinə sadiq qalaraq, start heyəti açıqlayıb.

O, zədəli olan futbolçular – Maksim Medvedev və Araz Abdullayevin bu, həm də Almaniya ilə matçlarda oynamayacaqlarını bildirib. Xorvatiyalı mütəxəssis sabah baş tutacaq oyunda aşağıdakı heyətə güvənəcək:

Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Rahid Əmirquliyev, Riçard Almeyda, Dmitri Nazarov, Cavid Hüseynov, Əfran İsmayılov, Ruslan Qurbanov.

Həmin kateqoriyadan