Xorvatların “Barselona”lı ulduzu Bakıya gəlməyəcək

“Ay-ulduzlular”ımızın Avro-2020-nin seçməsində rəqiblərindən olan Xorvatiya millisinin heyətində dəyişiklik edilib. Allsport.az saytı xəbər verir ki, komanda Slovakiya və Azərbaycana qarşı səfər matçlarında aparıcı futbolçu İvan Rakitiçin xidmətindən yararlana bilməyəcək.

Buna səbəb ulduz futbolçunun yüksək hazırlıqda olmamasıdır. Onun yerinə baş məşqçi Zlatko Daliç “Kalyari”nin yarımmüdafiəçisi Marko Roqu çağırıb. “Damalılar” sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycan millisinin qonağı olacaqlar.

Həmin kateqoriyadan