- Baxış sayı: 68
- 13 Aprel 2024 14:14
- Baxış sayı: 38
- Aprel 18, 2024
- 0
“Xunday Motorsport”un rəhbəri Albert Byermann formula1-də iştirak etmək fikirlərinin olmadığını deyib. Allsport.az saytı xəbər verir ki, “Liberty Media” ötüşmələrin daha maraqlı etmək üçün, bütün avtomobil markalarını idmana cəlb etmək istəyir. Lakin “Xonda”nın 2015-ci ildə idmana uğursuz qayıdışı digər istehsalçıların da gözünü qorxudub. F-1.az xatırladır ki, formula1-ə girmək böyük pullar tələb edir.
“Formula1 pulu yandırmaq deməkdir. Bizim üçün pulu yandırmağın başqa yolları var. Gələcək planlarda formula1-ə yer yoxdur. Ancaq avtoidmanda özümüzü göstərmək istəyirik. Buna görə də TCR layihəsinə başlamışıq. TCR sürətlə inkişaf edir və buna ehtiyacımız var”, – deyə Albert Byermann əlavə edib.