Yadigar İmam kubokunun ilk günündə 5 medal

İran İslam Respublikasının Məşhəd şəhərində yeniyetmələr arasında “Yadigar İmam kuboku” beynəlxalq turniri keçirilir. Allsport.az xəbər verir ki, yarışda sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarımız iştirak edir. Yarışların ilk günündə bizimkilər 2 gümüş və 3 bürünc medal qazanıblar.

Gümüş medallara sərbəst güləşçilərdən Şahin Muxtarov (42 kq) və Əliabbas Rzazadə (50 kq) yiyələnib. Fazil Həsənov (58 kq) və Orxan Abbasov (63 kq) turnirin bürünc mükafatına sahib olub. Digər bürünc mükafatı isə, seçməmizin yunan-Roma güləşçisi Ceyhun Nəsirov (63 kq) qazanıb.

Həmin kateqoriyadan