Yakub Jezniçak “Qarabağ”ı erkən tərk edib

“Qarabağ”ın futbolçusu Yakub Jezniçak klubun düşərgəsini tərk edib. Allsport.az saytı xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisi zədəsini sağaltmaq üçün baş məşqçidən icazə aldığı və mövsüm bitmədən vətənə dönüdüyünü bildirib:

“Bu, çox uğursuz mövsümdür. Mənim 7 zədəm oldu. Artıq burun və barmağımın əməliyyatı başa çatıb. Polşaya vaxtından əvvəl gəlmək və zədəmi sağaltmaq üçün baş məşqçidən icazə aldım. Sağlamlığı nəzərə almasaq, bu il idman nailiyyətləri əldə etdim və çempionlar liqasında oynamağı arzulayıram”.

Sportnet.az-ın məlumatına görə, Yakub Jezniçak ötən yay 12 il formasını geyindiyi “Legiya”dan “Qarabağ”a keçib. O, keçmiş komandasının kapitanı olub.

Həmin kateqoriyadan