Yakutskda 2 qızıl, 1 gümüş və 2 bürünc medal

Rusiya Federasiyasının Saxa Respublikasının paytaxtı Yakutskda Dmitri Korkinin xatirəsinə sərbəst güləşçilərin beynəlxalq turnir davam edir.

Allsport.az saytı xəbər verir ki, məşqçi Əşrəf Əliyevin rəhbərliyi ilə ölkəmiz təmsil edən 7 bahadırdan 5-i artıq etimadı doğruldub. Əhmədnəbi Qvarzatilov (61 kq), Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Pərviz İbrahimov (57 kq) gümüş, Hacımurad Ömərov (74 kq) və İbrahim Yusubov (79 kq) bürünc medal qazanıblar.

 

Həmin kateqoriyadan