Yana Alekseyevna da bürünc medal qazanmaq imkanını boşa verdi

Rio-2016-da qadın boksçuların döyüşündə Yana Alekseyevna (60 kq) 1/4 finalda Çin təmsilçisi Jinxua Yinlə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, rəqibinə 0:3 hesabı ilə uduzan təmsilçimiz, ən azı, bürünc medal qazanmaq imkanını boşa verib.

Buna qədər Albert Səlimov (60 kq), Teymur Məmmədov (81 kq) və Abdulqadir Abdullayev (91 kq) yarımfinalın 1 addımlığında dayanıblar.

Həmin kateqoriyadan