Yana Belomoyna: Bakı sınağında özümü yaxşı hiss edirdim

Bu gün paytaxtımızda Bakı-2015-in proqramına daxil olan dağ velosipedi idman növü üzrə sınaq yarışı start götürdü. Allsport.az saytı xəbər verir ki, öncə mübarizəyə qadınlar başladılar. 4,1 km olan zolaq boyunca 6 dövrənin yekununda qalib adını ukraynalı Yana Belomoyna qazandı. KİV-lə söhbətbə, o, təşkilatçılıqdan razı qaldığını dedi:

«Yol yaxşı, təşkilatçılıq yüksəkdir. Sadəcə, bü gün küləkli hava işi korladı. Bəzi məqamlarda irəliləməkdə, manevrdə problem yaranırdı. Hər halda, özümü yaxşı hiss edirdim. Zənnimcə, bu, mənə 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına stimul olacaq. Gələn səfər daha yaxşı hazırlaşacağam. Artıq yolu tanıyır, iqlimə bələdəm. Düzdür, ola bilsin, gələn il yol daha uzanıb, çətinlik artsın. Amma mən hər şeyə hazır olacağam».

Kamran HACI

Həmin kateqoriyadan