Yaponiya və Bolqarıstandan 5 qızıl medal gətirdilər

Yaponiyanın Fukuoka şəhərində bədii gimnastika üzrə “Sanix Cup” beynəlxalq yarışında Azərbaycanın qrup hərəkətləri komandası qızıl medal qazanıb. Allsport.az sayt xəbər verir ki, Züleyxa İsmayılova, İlahə Məmmədova, Fatimə Cəfərova, Ruqiyə Səttarova, Simarə Cəfərova və Dərya Sorokinadan ibarət millimiz, ilk dəfə öz proqramları ilə çıxış edib.

Onların bu proqramla gələn il Minskdə keçiriləcək Avropa çempionatında da çıxışları planlaşdırırlır. Gimnastlarımızın pop musiqisinin kralı Maykl Ceksonun unudulmaz mahnısı ilə hərarətli çıxışları tamaşaçıların yaddaşlarında uzun müddət iz buraxıb.

Bu həftəsonu Bolqarıstanın Blaqoevqrad şəhərində yekunlaşan idman gimnastikası üzrə “Lyubço Solatskiy” adlı beynəlxalq turnirdə ölkəmizi Mənsum Səfərov, Murad Hənifəzadə və Səməd Məmmədlidən ibarət pre-yunior komandamız təmsil edib.

Yarış nəticələrinə əsasən komanda hesabında Azərbaycan gimnastları turnirin qızıl medalını qazanıblar. Bundan əlavə, Səməd Məmmədli çoxnövçülükdə, dəstəli at üzərində, sərbəst hərəkətlərdə və dayaqla tullanmada qızıl medal, o cümlədən turnikdə və paralel qollarda bürünc mükafata sahib çızıb. Həmçinin, gimnastlar arasında halqalarda hərəkətlərinə görə Murad Hənifəzadə 2-ci yer tutub.

get_article_picture (1)

Həmin kateqoriyadan