Yarımfinala hansı boksçular çıxdı?

“Sərhədçi” Olimpiya İdman Mərkəzində boks üzrə Azərbaycan kuboku yarışı davam edir. Allsport.az saytı xəbər verir ki, artıq turnirdə yarımfinalçıların adları məlum olub.  1/4 final mərhələsinin əsas gözlənilməz nəticələrindən biri 56 kq çəki dərəcəsində qeydə alınıb.

 

“Baku Fires” klubunun üzvü, əvəllər gənclər arasında dünya çempionu olmuş Məhəmməd Qurbanov Kənan Hüseynəliyevə məğlub olub. 56 kq çəki dərəcəsində əsas favoritlərdən sayılan Tural Əhmədov Ceyhun İbrahimlini məğlub edərək, yarımfinala yüksəlib.

 

64 kq çəki dərəcəsinin iki əsas favoriti – milli komandamızın 1-ci nömrəsi Heybətulla Hacəliyev və ötən ilki ölkə çempionu Lorenso Sotomayor da 1/4 final mərhələsini qələbə ilə başa vurublar. 75 kq çəki dərəcəsində yarımfinalda Xaybulla Musalovla Kamran Şahsuvarlının döyüşü maraq doğurur.

 

60 kq çəki dərəcəsində Elvin İsayev və Albert Səlimov da yarımfinala yüksəliblər. Dünya və Avropa çempionu Səlimov çətinlik çəkmədən Şamil İbrahimzadəni məğlub edib. “Qəbələ” klubundan Elvin Qəmbərov və “Baku Fires”dən Jaba Xositaşvili (81 kq) öz döyüşlərini nokautla başa vurublar.

 

Qeyd edək ki, yarışa oktyabrın 10-da yekun vurulacaq. Final döyüşləri saat 15.00-da başlayacaq. Bu gün keçiriləcək yarımfinalda bu cütlüklər üz-üzə gələcək:

 

49 kq
Salman Əlizadə (Gilan) – Orxan Süleymanov (Neftçi)
Araz İmaməliyev (Gilan) – Məhəmməd İbiyev (Baku Fires)

 

52 kq
İbrahim İbrahimov (Neftçi) – Sərxan Babayev (Gilan)
Elnur Şəfiyev (Rabitə) – Murad Əliyev (Rabitə)

 

56 kq
Rəhim Nəcəfov (FHN) – Tural Əhmədov (Gilan)
Kənan Hüseynəliyev (Gilan) – Fərid Ağamoğlanov (Rabitə)

 

60 kq
Elvin İsayev (Gilan) – Nəsrəddin Məmmədov (Neftçi)
Nihad Seyidov (Qəbələ) – Albert Səlimov (Baku Fires)

 

64 kq
Heybətulla Hacəliyev (Rabitə) – Namiq Abbasov (Rabitə)
İman Əhmədli (Gilan) – Lorenso Sotomayor (Qəbələ)

 

69 kq
Yevgeni Romaşkeviç (Baku Fires) – Ramal Aslanov (Gilan)
Pərviz Bağırov (Neftçi) – Tamerlan Abdullayev (Rabitə)

 

75 kq
Nikolay Veselov (Baku Fires) – Emil Əhmədov (Rabitə)
Kamran Şahsuvarlı (Qəbələ) – Xaybulla Musalov (Baku Fires)

 

81 kq
Əmir Abdullayev (Rabitə) – Jaba Xositaşvili (Baku Fires)
Elvin Qəmbərov (Qəbələ) – Soltan Migitinov (Baku Fires)

 

91 kq
Abdulqadir Abdullayev (Baku Fires) – Dadaş Əliyev (Rabitə)
Teymur Məmmədov (Rabitə) – Rahil Məmmədli (Qəbələ)

 

+91kq
Orxan Abdiyev (Gilan) – Arslanbəy Mahmudov (Baku Fires)
Kamran Mehdiyev (Rabitə) – Hacı Murtuzəliyev (Baku Fires)

Həmin kateqoriyadan