Yaşar Bəşirov Avropa Karate Federasiyasının icraiyyə komitəsinə üzvü seçilib

Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov 4 il müddətində Avropa Karate Federasiyası icraiyyə komitəsinin üzvü seçilib. Allsport.az saytı xəbər verir ki, Türkiyənin Qocaeli şəhərində EKF-in növbəti konqresində bu qurunda səsvermə ilə seçilənlər arasında daha 9 nüfuzlu ölkənin karate federasiyasının rəhbərləri olublar.

Həmyerlimiz geniş təqdimat nitqində dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində digər idman növləri ilə yanaşı karatenin də inkişaf etdiyini və Azərbaycanın nüfuzlu karate ölkələrindən biri olduğunu bildirib. O, İK-ya seçilməsi üçün belə yüksək etimada görə federasiya rəhbərlərinə münnətdarlığını ifadə edərək, bundan sonra həmçinin avropada karatenin daha da inkişafına səy göstərəciyni deyib.

Səsvermənin digər bəndlərinə uyğun olaraq EKF prezidenti Antonio Espinos daha 6 il müddətinə təşkilatın rəhbəri seçilib. O çıxışında karatenin Olimpiya ailəsinə daxil olmasında 2015-ci il Bakıda 1-ci Avropa Oyunlarının böyük təkan verdiyini xüsusilə diqqətə çatdırıb.

Konqresin gündəliyinə uyğun olaraq təşkilatın son toplantısından indiyədək planlaşdırılan və həll edilən məsələlər müzakirə edilib, EKF komitələrinin hesabatları dinlənilib. Rəsmi yığncağın sonunda qarşıdakı məsul yarışların təqdimatı olub. 2020-ci ildə böyüklərin 55-ci Avropa çempionatının Bakıda keçiriləcəyi bir daha xatırlanıb.

Konqresin sonunda Yaşar Bəşirov avropalı həmkarlarına və EKF rəsmilərinə AMKF-in WKF-ə üzv olmasının 20 illik yubileyi münasibətilə xatirə medalı, həmçinin federasiyanın fəaliyyətini əks etdirən fotolarla zəngin illik təqvim albomu təqdim edib.

Həmin kateqoriyadan