Yaşar Bəşirov avropalı həmkarı Antonio Espinosla görüşüb

AMKF prezidenti Yaşar Bəşirov EKF-in idarə heyətinin növbəti yığıncağında iştirak edib. Allsport.az saytı xəbər verir ki, EKF prezidenti Antonio Espinosun sədrliyi lə yığıncaqda bir sıra məsələlər müzakirə olunub, yeniliklər və qarşıdakı planlarla bağlı söhbət aparılıb. İclasda həmçinin 2020-ci ildə Bakıda 55-ci Avropa çempionatına hazırlıq işlərindən söz düşüb. Azərbaycanın böyük miqyaslı yarışlar təşkil etməsində yüksək təcrübəsi olduğunu qeyd edən EKF-in İdarə heyətinin üzvü Y.Bəşirov, bir daha bu mötəbər qitə turnirinin tələb olunan səviyyədə keçiriləcəyini bildirib.

Yığıncaqdan sonra tərəflər arasında görüşlər olub. EKF prezidenti hər zaman olduğu kimi Azərbaycan karatesi ilə bağlı xoş sözlər deyib, ölkə rəhbərliyinin idmana diqqəti və xüsusilə karateyə qayğısı ilə bağlı hələ Bakıda müşahidə etdiklərindən danışıb. Karatenin olimpiya proqramına daxil edilməsində Bakıda keçirilən 1-ci Avropa oyunlarının böyük rolu olduğunu qeyd edib. 

O, Azərbaycan karateçilərinin Tokio-2020 yay olimpiya oyunlarında da uğurlu çıxışına inandığını söyləyib.  

Həmin kateqoriyadan