UĞUR
Yaşar Məmmədov FİE-nin «Şöhrət zalı»na seçilib

20-21 noyabrda Romada Beynəlxalq Qılıncoynatma Federasiyasının konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda qaydalara əlavə və dəyişikliklər müzakirə edilib, gələсək dünya çempionatları və kuboklarının məkanları bəlli olub.

Tədbirdə Azərbaycan üçün fərəhli hadisə baş verib. Konqresdə ölkə qılıncoynatmasının inkişafında əvəz mövhə vermiş, ən titullu məşqçilərdən sayılan AQF-in 1-ci vitse-prezidenti Yaşar Məmmədov FİE-nin «Şöhrət zalı»na seçildiyi elan olunub.

Təcrübəli mütəxəssis bu xoş məqamla bağlı ürək sözünü bizimlə bölüşüb: «Sevincimin həddi-hüdudu yoxdur. Adım qızıl hərflərlə yazılacaq. Bu cür insanlar Lozannanın fəxri vətəndaşları olurlar. Belə bir etimad hər bir idman adamının arzusudur. Konqresdə bu insanlara fəxri kreslo ayırırlar. Mənə indi çoxlu təbrikl gəlir. Onların isti sözü qəlbimin dərinliklərinə toxunur. Hamıya minnətdaram».

Bu günlərdə sevinən tək Yaşar müəllim olmayıb. Mütəxəssisin oğlu, olimpiya çempionumuz İlqar Məmmədova həsr olunmuş «Qalib» filmi Bakı festifalında ən yaxşılardan sayılaraq, qrap-priyə layiq görülüb.

AQF-in 1-ci vitse-prezidenti əlavə edib ki, bu hadisə ilə bağlı İtaliya paytaxtına yollana bilməyib. Amma koqresdə əməyimi şərəfləndiriblər. Bir məqama kədərlənirəm: daim qələbələrimə şərik çıxan, yanımda olan həyat yoldaşım Elmira Məmmədova yaxın aylarda dünyasını dəyişdiyindən, təəssüf ki, bizim bu sevincli günləri görə bilmədi.

 

Həmin kateqoriyadan