“Yaşıl-ağ ordu”nun daha bir hücumçusu millimizlə görüş öncəsi zədələnib

Bu gün Dünya Kuboku-2018-in seçmə qrup ələməsində Azərbaycan millisi ilə qarşılaşacaq Şimali İrlandiya komandasının daha bir futbolçusu zədələnib. Allsport.az saytı xəbər verir ki, hücumçu Konor Vaşinqton “ay-ulduzlul”ımızla oyuna çıxması sual altına düşüb.

Buna qədər müdafiəçi Stüart Dallas və hücumçu Ceymi Uord bizimlə matç öncəsi zədələnib. Şimali İrlandiya – Azərbaycan matçı bu gecə saat 23:45-də başlayacaq.

Həmin kateqoriyadan