“Yaşıl timsahlar” millimizin hüçumçusunun mövqeyinə futbolçu alır

Türkiyənin “Bursaspor” klubu növbəti transferini edəcək. Allsport.az saytı xəbər verir ki, superliqa təmsilçisi konqolu hücumçu Dzon Delarge ilə anlaşıb.

İcarə əsasında “Osmanlıspor”da forma geyinən futbolçunun bu gün Bursaya gələcəyi və tibbi yoxlanışdan keçəndən sonra, 2+1 illik müqavilə bağlayacaq.

“Yaşıl timsahlar”da bu mövqedə millimizin hücumçusu Dəniz Yılmaz, həmçinin U-21 yığmada oynayan Ozan Can Köyçü də çıxış edir.

Həmin kateqoriyadan