“Yaşıl timsahlar”ın hücumçusu “Qarabağ”da

Ağdam klubu “Bursaspor”un hücumçusu Dzon Delarqeni alıb. Allsport.az saytı xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. “Yaşıl timsahlar”la növbəti yaya qədər müqaviləsi olan konqolu futbolçu üçün 200 min dollar ödənilib.
O, super liqa komandasına ötən mövsüm Avstriya “Admira”sından 400 min avroya transfer olunub. 2012-ci ildən Konqo millisinə çağırılan forvard 11 oyunda 1 qol vurub.

Həmin kateqoriyadan