“Yaşıl timsahlar”ın qələbəsini millimizin futbolçuları kənardan izləyib

Türkiyə superliqasının 2-ci turunda millimizin üzvü Dəniz Yılmaz və gənclər yığmamızın futbolçusu Ozan Can Köycünün çıxış etdikləri “Bursaspor” doğma meydanda “Alanyaspor”la üz-üzə gəlib.

Allsport.az saytı xəbər verir ki, “yaşıl timsahlar” bu oyunda qalib gəlib (3:2). Adı ilk çəkilən futbolçu görüşün iştirakçısı olmayıb. O, son məşqlərin birində zədlənib. Ozan isə matçı ehtiyat oyunçular skamyasından izləyib.

“Bursaspor” hazırda 3 xalla 18 komanda arasında 8-cidir.

Həmin kateqoriyadan