“Yaxın bir neçə ildə məqsəd, öncə Avropa, sonra çempionlar liqalarının qrupuna yüksəlməkdir”

“Neftçi”nin prezidenti Kamran Quliyev İtaliya mətbuatına müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o, Canluka Ansonenin transferindən və qarşıdakı hədəfdən danışıb. Sitat:

“Hücum xəttini gücləndirmək üçün namizədləri uzun müddət axtardıq. Lakin qış transfer dövründə futbol apmaq imkanları bir qədər məhdud olur. Canluka İtaliyada çox məşhur futbolçudur. Onun uğurlu olacağına əla təminatlar da almışıq.

Premyer piqada 15 turdan sonra birinci pillədə qərarlaşmışıq. Ötən tur “Qarabağ”la səfərdə 1:1 hesablı heç-heçə etmişik. Qarşıda 13 tur qalıb və ən yaxın izləyicimizlə arada 3 xallıq üstünlüyümüz var. Döyüş davam edir. Yaxın bir neçə ildə məqsəd, öncə Avropa, sonra çempionlar liqalarının qrup mərhələsinə yüksəlməkdir”.

Həmin kateqoriyadan