Yelena Pavluxina: «Tannus»un şinlərində əlavə yük alıram

Qoşaçarxçımız Elena Pavluxina Rio Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, Ukrayna əsilli idmançı artıq fərdi məşqlərə keçib. Velosipedçi, çalışmalarda, «Tannus» şirkətinin təkərini tərifləməyi unutmayıb. Rio-2016 lisenziyaçısının fikrincə, belədə, o, əlavə yük alır:

«Birincisi, daha çox tək məşq edirəm və bu mənə kamerin deşilməsi üzündən hazırlığımın ara verməməsinə təminat verir. İkincisi, əlavə yük alıram, məşqləri hiss etmirəm. Üstəlik, ona minəndə, elə bil, döyüş borusu olan təkərin üzərindəsən. Üçüncüsü, qızlar, kameri dəyişəndə, manikürünüzü korlamayacaqsınız».

Qeyd edək ki, Yelena Pavluxina şosse proqramında çıxış edəcək.

Həmin kateqoriyadan