Yelizaveta Hulyazəddinova: «Qarabağ»la oyunda son dəqiqəyədək gərgin anlar yaşadıq

Oktyabrın 6-da həndbolçuların ölkə çempionatına start verildi. İlk olaraq mübarizəyə qadınlar başladılar. Bu dəfə də yarışa 6 klub qatıldı. Dəyişən təkcə Mincəçevir «Nur»unu Tiflis «Olimpiya»sının əvəzləməsidir. Superliqanın ilk mərkəzi görüşü ötən həftə sonu, «Azəryol» və «Qarabağ» arasında oldu. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda vitse-çempion qalib gəldi. İnsafən, bu matçda hər 2 komandanın qapıçısı yaxşı təsir bağışladı. Sadəcə, «Azəryol» yaxşı müdafiə olunduğundan və rəqib daha artıq qeyri-dəqiqliyə yol verdiyindən Yelizaveta Hulyazəddinovaya çox iş düşmədi. Ukrayna millisinin də «çərçivə»sini qoruyan 24 yaşı həndbolçu  allsport.az saytına müsahibəsində ümumi mənzərəyə qiymət verib.

Ölkə çempionatında 2 tur arxada qalıb. Bu mövsüm üçün təəssuratınız necədir?
– Çox şadam ki, Azərbaycan çempionatı belə yüksək ovqatda başlayıb. Mənim kimi gənc yarışda daha çox yaxşı oyunlar arzulayır.

Son turda təhlukəli rəqiblərdən olan «Qarabağ»la görüşdünüz. Qarşı tərəf bəzi mövqelərdə güclənib. Amma ötən çempiontandan fərqli, bu dəfə rahat qalib gəldiniz. Necə bacardınız?
– Bəli, «Qarabağ» bu mövsüm güclənib. Çoxlu uzaq məsafədən irəli atıla bilən arxa xətt oyunçusu var. «Qarabağ» yaxşı komandadır: layiqlidir rəqibdir, heyətində təcrübəli yaşlı həndbolçular var. Onlarla son dəqiqəyədək gərgin anlar yaşadıq.
Bizim heyətdə də müəyyən dəyişiklik olub. Sol küncdə Mariya Raçitelyova və sağ yarıortada çıxış edən Anna Burova komandanı tərk ediblər. Onların yerini Ukrayna millisinin oyunçuları Katerina Voskoboyniklə Marina Konolova doldurdular. Bundan başqa, «Gənclərbirliyi»ndən gələn Səbinə Smagina və İrina Klimenko müvafiq olaraq sağ və mərkəz müdafiəni gücləndiriblər.

Gələn ay avrokubokda mübarizəyə başlayacaqsınız. Ötən mövsüm sizi 1/8 finalda Çağırış kubokunun gələcək qalibi dayandırdı. Bu dəfə daha irəliləyə biləcəksinizmi?
– Ölkə çempionatında olduğu kimi, avrokuboklarda da komandamızın qarşısına həmişə yüksək hədəf qoyulur. Bizə asan rəqib düşməyib. Amma onlarla sonadək mübarizə aparacağıq. Təəssüf ki, Türkiyə klubu ilə hər 2 oyunu səfərdə keçirəcəyik. Çox istərdik ki, azarkeşlərimiz evdə sevindirək.

Həmin kateqoriyadan