Yelizaveta Səmədova: Əlimizdən gəldiyi qədər yaxşı oynamağa çalışacağıq

“2016-cı ildə İtaliyada keçirilən dünya çempionatına millinin heyətində yollanmışdım. Sadəcə, o vaxt oyunları yalnız tribunadan izləyirdim. Amma bu gün, 4 il sonra mən komandamla ölkəmizi təmsil edirəm”. Allsport.az saytı xəbər verir ki, bu sözü voleybol yığmamızın və “Leninqradka”nın üzvü Yelizaveta Səmədova deyib. O, dünya çempionatında uğur qazanacağına əminliyini idadə edib:

“Biz böyük inamla seçmə mərhələdə rəqiblərimizə qalib gələrək dünya çempionatına vəsiqəni qazandıq və artıq sabah 29 sentyabrda bu böyük yarış başlayır. Bu yarışa gedən yolda deyərdim ki, biz komanda olaraq çox təlim məşqlər keçirdik, çox yoldaşlıq görüşü oynadıq və sabah sonuncu dünya çempionu olan Amerika millisi ilə qarşılaşacağıq.

İndi hamı hər halda düşünür: həyəcanlıyıqmi? Qalıbgələcəyikmi? Fikrimcə, hər bir meydançada olan oyunçu qələbə üçün meydançaya çıxır. Bizdə əlimizdən gəldiyi qədər yaxşı oynamağa çalışacağıq. Amma ən əsas bizə bizi sevən izləyən azarkeşlərin dəstəyi və inanması lazımdır…”

Həmin kateqoriyadan