Yeni baş katib bacarmır: Daha 2 güləşçimiz dopinqə görə uzun müddətə cəzalanıb

Güləş federasiyası dopinqlə bacarmır. Allsport.az saytının məlumatına görə, buna səbəb işə məsul baş katib Orxan Məmmədovun vəzifəsinin öhdəsindən gələ bilməməsidir. Milli anti dopinq agentliyinin yeni yaydığı bilgidə daha 2 bahadırın qadağan olunmuş dərmanlardan istifadəyə görə cəzalanıb. Bunlar Cəlal Süleymanov və Ömər İsrailovdur.

Onların hər ikisi sərbəst üsulla güləşir. Adı ilk çəkilənin son ciddi uğuru ötən ilin sentyabrında Qırğızıstanda keçirilmiş 3-cü dünya köçəri oyunlarında qızıl medal qazanmasıdır. Ömər İsrailova gəlincə, o, legionçudur, ağıq çəkidə əsasən gənclərdə çıxış edirdi.

Cəlal Süleymanov diskvalifikasiya zamanı iştiraka qarşı qadağanın pozulmasına görə sanksiya ilə üzləşib. Onun orqanizmində oksandrolon metaboliti maddəsi tapılıb və 18 yanvar 2026-cı ilə qədər cəzalanıb. Dağıstanlı idmançıda isə, drostanolon metaboliti maddəsi tapılıb və o, 48 aylıq diskvalifikasiya olunub.

Xatırladaq ki, ötən il AMADA-nın yaydığı hesabatda ən çox dopinqə düşən (12) və test götürülən (16,8%) növ güləş olub. Milli anti dopinq agentliyindən verilən xəbərə görə, son dövrdə olimpiya çempionumuz Toğrul Əsgərov başda olmaqla, daha 2 pəhləvanımızdan WADA tərəfindən götürülən test zamanı qadağan olunmuş pereparat aşkarlanmışdı ki, bunların sayı müəyyən hədd qoyulmuş müddətdə 3-ü keçərdisə, güləş federasiyası cərimələnərək 2-illik diskvalifikasiya olunacaqdı.

Həmin kateqoriyadan