VİDEO
Yeni baş məşqçi yığmada ilk məşqini keçib

Yunan-Roma güləşi üzrə yığmamızın yeni baş məşqçisi Aleksandr Tarakanov bu gündən işinə start verib. Allsport.az saytı xəbər verir ki, öncə AGF-in vitse-prezidenti Elçin Cəfərov rusiyalı mütəxəssisi komandaya təqdim edib. O, güləşçilərə tövsiyələrini verməklə yanaşı, yeni çalışdırıcının diqqətinə ilk növbədə millidə nizam-intizamı gücləndirməyin vacibliyini çatdırıb və heç kimə güzəşt edilməməsini bildirib. Sonra Aleksandr Tarakanov yığma üzvləriylə söhbət edərək onları özünün iş prinsipləriylə tanış edib. Ardınca millinin baş məşqçi vəzifəsində ilk hazırlıq prosesinə start verən təcrübəli mütəxəssis tez-tez məşqin gedişində müəyyən texniki elementləri idmançıların diqqətinə çatdırıb.

Həmin kateqoriyadan