Yeni cıdır mövsümündə Qarabağ və “Dilboz” təmizqanlı atları arasında 61 ötüşmə

Atçılıq federasiyası yeni cıdır mövsümünə start verir. Allsport.az saytı xəbər verir ki, apreldən başlayacaq mübarizə oktyabrın ortalarınadək davam edəcək. Ümumilikdə, 15 cıdır günü ərzində 3 müxtəlif dərəcə – ingilis təmizqanlı, ərəb təmizqanlı, Qarabağ və “Dilboz” təmizqanlı atları arasında 61 qovmanın keçirilməsi nəzərdə tutulur.

Mövsüm ərzində hər 4 cins üzrə 100–dək atın iştirakı gözlənilir. Bütün ötüşmə Binə Atçılıq Mərkəzi ərazisində yerləşən hippodromda olacaq.

İlin ilk cıdır yarışı aprelin 7-də keçiriləcək. 1-ci gündə 3 yaş və yuxarı ərəb atları 1000 metr, üç yaşlı ingilis atları 1600 metr, 3 yaşlı Qarabağ və “Dilboz” atları 1000 metr, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1600 metr, 4 yaş və yuxarı ingilis atları isə 2000 metr məsafədə güclərini sınayacaqlar.

Həmin kateqoriyadan