Yeni legionçusu “Neftçi”yə qoşulub

“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, gündə 2 dəfə məşq edən komandanın düşərgəsinə yeni transfer Voyislav Stankoviç də qoşulub. “İsmət Qayıbov”da baş tutan məşqlərdə toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib.

Hazırlığın ilk mərhələsinə sabah səhər məşqi ilə yekun vurulacaq. Komanda iyunun 15-də səhər saatlarında təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 1-dək Topuk yaylası bölgəsində məskunlaşacaq “ağ-qaralar” 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

Oyunlar iyunun 20-si, 25-i və 30-da baş tutacaq. Ayın 30-dakı rəqib Ukraynanın “Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

Həmin kateqoriyadan