Yeni mövsümün püşkü atıldı

Bu gün Azərbaycan premyer liqasında yeni mövsümün püşkatması keçirildi. Allsport.az saytı xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə ilk turun cütlükləri müəyyənləşdi.

Ötən mövsüm olduğu kimi, çempionat eyni komandaların iştirakı ilə keçiriləcək. Bunlar “Qarabağ”, “Neftçi”, “Səbail”, “Qəbələ”, “Zirə”, “Sumqayıt”, “Sabah” və “Keşlə”dir. 

Qeyd edək ki, yeni mövsümün oyunları avqustun 16-18-də keçiriləcək. Qarşılaşmaların dəqiq tarixi gün ərzində açıqlanacaq.

1-ci tur
“Neftçi” – “Sabah”
“Səbail”  – “Zirə”
“Qəbələ” – “Sumqayıt”
“Keşlə” – “Qarabağ”

Həmin kateqoriyadan