- Baxış sayı: 51
- 24 Aprel 2024 19:00
- Baxış sayı: 44
- Aprel 23, 2024
- 0
Bakı idman sarayında sərbəst güləş üzrə Azərbaycan çempionatı sona yetdi. Allsport.az saytı xəbər verir ki, yarışdan sonra AGF-in bu növ üzrə vitse-prezidenti Firdovsi Umudov və məşqçilər heyəti medalçılarla görüşdü. Firdovsi Umudov mükafatçıları təbrik edib və müəyyən istisnalarla güləşçilərin yaxşı təsir bağışladığını söylədi.
Nizam-intizamın ən yüksək səviyyədə olmasının vacibliyini dilə gətirən vitse-prezident, bütün yığma üzvlərinin bir ailə kimi bütünləşməsinin önəmini qeyd etdi və güləşçilərə gələn il baş tutacaq məsul yarışlarda uğurlar arzuladı.