Yeni yaranmış paralimpiya idman növü üzrə turnirin qalibləri bəlli oldu

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi “SENİ” firmasının dəstəyi ilə 18 dekabr 2015-ci il tarixində Azərbaycanda yeni yaranmış boccia idman növü üzrə II “SENİ CUP” turniri keçirilib. Allsport.az xəbər verir ki, boccia idman növü Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə 2 ildir ki, Azərbaycanda təbliğ olunur və bu müddət ərzində respublikada 7 təlim mərkəzi yaradılıb. BOCCİA idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və 20 il ərzində populyarlıq qazanaraq, 50 ölkədə keçirilir və surətlə inkişaf edir.

“SENİ CUP” turnirində BC1, BC2 və BC4 kateqoriyalarında Uşaq Paralimpiya Komitəsinin, “Əlil İdmançılara Dəstək”, “Gülsam”, “İstedadlı Əlillər” ictimai birliklərinin, “Sağlamlıq imkanları məhdud gənclərin peşə və reabilitasiya” mərkəzinin, “Sun Light” idman klubunun və 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət muəssisəsinin yetirmələri olmaqla, ümumilikdə 32 idmançı mübarizə aparıb. Turnirdə Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında QHT-na dəstək şurasının, Azərbaycan Milli Paralimpiya Komitəsinin, bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. İdmançılara dəstək vermək üçün Mərkəzi Asiya və Qafqaz üzrə “SENI” firmasının koordinatoru cənab Mixail Kopaç və Turkiyənin boccia idman növü üzrə baş məşqçisi Nihat Yılmaz təşrif buyurublar.

Açılışda ARMPK-nin prezidenti İlqar Rəhimov çıxış edərək boccia idman növünün Azərbaycanda sürətlə inkişaf etdiyini qeyd edib, 2020-ci ildə Tokioda keçiriləcək Yay Paralimpiya oyunlarında bu idman növü ilə də təmsil olacağını bildirib, idmançılara uğurlar arzulayaraq II “SENI CUP” turnirini açıq elan edib.

5 saat davam edən gərqin mübarizədən sonra BC-1 kateqoriyasında Rəşidli Arzu bürünc, Səlimov Samir gümüş, “Gülsam” İB-nin idmançısı Səlimova Gülnarə qızıl, BC-2 kateqoriyasında Cəfərova Aygün bürünc, Hüseynov Asim gümüş və Uşaq Paralimpiya Komitəsinin idmançısı Bayramov Rüfət qızıl, BC-4 kateqoriyasında isə Quliyeva Çimnaz bürünc, İslamov Xəyal gümüş və “Əlil idmançılara dəstək” İB-nin idmançısı Kərimli Fariz qızıl medala sahib olublar.

Qaliblər diplom, medal və kubok ilə təltif olunublar.

Həmin kateqoriyadan