“Yenilməzlər” beynəlxalq qala təqdim edildi

Bu gün Azərbaycan respublikası milli paralimpiya komitəsinin ofisində “Yenilməzlər” beynəlxalq qala təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə MPK prezidenti İlqar Rəhimov, “yenilməzlər” tədbirinin senari müəllifi və quruluşçu rejissoru, əməkdar artist Nicat Kazımov, senarist və bədii rəhbər Davud Müzəffərli iştirak edib.

“Yenilməzlər” beynəlxalq qala təqdimatı haqqında söz açan İlqar Rəhimov bildirib ki, bu tədbir ölkəmizdə korporativ sosial məsuliyyət dəyərlərinin təbliğinə yönəlib. Heydər Əliyev fondunun və milli paralimpiya komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “yenilməzlər” beynəlxalq qala təqdimatında paralimpiyaçıların həyat hekayələri bədii çalarlarla səhnələşdiriləcək. Bu səhnə işinin qəhrəmanları da paralimpiyaçıların özləri olacaq.

İlqar Rəhimov 14 noyabr 2019-cu il tarixində Bakıda keçiriləcək V uşaq paralimpiya oyunları haqqında da söz açıb. İlqar Rəhimovun sözlərinə görə, sayca beşinci uşaq paralimpiya oyunlarında 8 idman növü üzrə Naxçıvan da daxil olmaqla ölkəmizin bütün regionlarından paralimpiyaçı uşaqlar iştirak edəcəklər. Bu yarışlara Gürcüstanı təmsil edən paralimpiyaçı uşaqlar da qatılacaq.

Həmin kateqoriyadan