Yeniyetmə ağırlıqqaldıranlarımızdan tarixi uğur – komanda hesabında Avropa 1-cisi!

İtaliyanın Milan şəhərində yeniyetmə ağırlıqqaldıranların Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, 40-a yaxın ölkədən 300-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan millisi tarixi nəticə göstərərək komanda hesabında qalib olub.

Yeniyetmələrdən ibarət yığma komandamız toplamda 4 qızıl, 1 gümüş və 2 bürünc, ümumilikdə isə, ayrı-ayrılıqda birdən və təkanla qaldırma hərəkətləri, həmçinin toplamdakı medallar nəzərə alınmaqla 22 medal qazanıb. Bu göstəricidə Azərbaycan 25 medal qazanan Türkiyə yığmasından sonra 2-ci olub.

Yaşı 17-yə qədər olan qız ağır atletlərimiz 115 xalla 12-ci, oğlan ağır atletlərimiz isə 471 xalla (4 qızıl, 3 gümüş və 3 bürünc medal) 4-cü yerə çıxıblar.

Yaşı 15-ə qədər olan qız ağır atletlərimiz Avropa birinciliyinə 44, 48, 53, 58, 63, 69 kq-da cəmi 7 nəfərlə qatılmışdılar. Toplam 409 xal toplayan qızlardan ibarət yığmamız komanda hesabında Avropada 3-cü yeri tutmağı bacarıb. Millimiz yalnız İtaliya və Türkiyədən geri qalıb.

Yaşı 15-ə qədər olan yeniyetmə oğlan ağır atletlərdə isə yığmamız 50, 56, 62, 77 və 94 kq çəki dərəcələrində cəmi 8 nəfərlə təmsil olunub. 6 qızıl, 4 gümüş və 3 bürünc medal qazanan yığmamız, bu nəticə ilə medal hesabında Avropanın 2-ci ən güclü komandası olub. Medallarla yanaşı, ağırlıqqaldıranlarımız milli komandanın aktivinə xallar da yazdırıblar. Nəticədə yığmamızın üzvləri cəmi 550 xal toplayıblar. Bunun sayəsində Azərbaycan yığması Bolqarıstan və Türkiyə millilərini arxada qoyaraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görülüb.

Həmin kateqoriyadan