Yeniyetmə boksçular Heydər Əliyev kubokuna Gürcüstan yığması ilə birgə hazırlaşır

Yeniyetmə boksçulardan ibarət milli növbəti təlim-məşq toplanışı başlayıb. Allsport.az saytı xəbər verir ki, ayın 10-dək keçiriləcək hazırlıqda 25 nəfər iştirak edir.

Vaqif Kazımovun rəhbərlik etdiyi komanda məşqləri Şamaxıda gerçəkləşdirir. Hazırlıqda Gürcüstan yığmasının üzvləri də qatılıblar.

2 millinin birgə çalışması Heydər Əliyev kubokuna hazırlıqdır. Bu yarış mayın 10-14-də Bakıda keçiriləcək.

Həmin kateqoriyadan