- Baxış sayı: 37
- 19 Aprel 2024 20:00
- Baxış sayı: 45
- Aprel 18, 2024
- 0
Bu gün yeniyetmərin Azərbaycan birinciliyi başlayıb. Allsport.az saytı xəbər verir ki, Bakı boks mərkəzində yarış 6 gün davam edəcək. Mübarizədə ölkəmizin müxtəlif şəhər və rayonlarını təmsil edən komandaların 200-dək idmançısı mübarizə aparır.
Yarışa qatılan 2003-2004-cü il təvəllüdlülər 16 çəkidə mükafatçıları müəyyənləşdirəcəklər. Turnirin baş hakimi Anar Nağdiyev olacaq. Qeyd edək ki, yarış iyulda Bolqarıstanda təşkil olunacaq Avropa birinciliyinə seçim xarakteri daşıyır.