Yeniyetmə güləşçilərimiz Kaspiyskdə qüvvəsini sınayacaq

8-19 dekabrda Dağıstanın Kaspiysk şəhərində yeniyetmə sərbəst güləşçilə arasında beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, turnirdə yeniyetmə sərbəst güləş yığmamızın üzvləri iştirak edəcək.

Milli komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi altında qonşu respublikaya 8 güləşçimiz yollanıb. Heyətdə Şahin Muxtarov (42 kq), Röyal Ağamalıyev (46 kq), Əliabbas Rzazadə (50 kq), Kənan Ağamalıyev (54 kq), Almazbek Süleymanov (58 kq), Hüseyn Hüseynzadə (63 kq), Şahmar Əzimov (76 kq) və Əli Əminov (100 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Murad Əliyev təmsil edəcək.

Həmin kateqoriyadan