Yeniyetmə həndbolçularımız son oyunda Kosovaya qalib gəlib

İtaliyanın Linyano Sabbyadoro şəhərində yeniyetmə qız həndbolçuların Avropa çempionatına təsnifat mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, millimiz “B” qrupunda Şimali Makedoniyaya 23:30, İtaliyaya 26:35, Polşaya 32:42, Belarusa 22:36 hesabları ilə uduzub.

Yığmamız reqlamentə əsasən, “A” qrupunun 5-cisi Kosovo ilə 9-10-cu yerlər uğrunda görüşüb. Bu matç Çingiz Əzimovun komandasının 35:28 qələbəsi ilə nəticələnib.

Həmin kateqoriyadan