Yeniyetmə karateçilərimizin Venesiya səfəri

14-16 dekabrda İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının yeniyetmələr arasında liqası start götürəcək. Milli karate federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmov allsport.az saytına bildirib ki, mövsümün sonuncu sınağında komandamız 12 nəfərlə mübarizə aparacaq.

Heyətə 14-15 yaşlılarda Hüseyn Məmmədli (57 kq), Taleh Yaqubov (63 kq), Fidan Dadaşova (48) və Emin Namazov (kata), 16-17 yaşlılarda Əminağa Quliyev (61 kq), Tural Yaqubov, Fərid Ağayev (hər ikisi – 68 kq), Musa Sarızadə, Abbas Dadaşov (+76 kq), Mədinə Sadıqova (48 kq), Polina Hurenko (53 kq) və Ceyhun İsmayılov (kata) daxil ediliblər.

Həmin kateqoriyadan