Yeniyetmə qız güləşçilərimiz Avropa olimpiya festivalına paytaxtda hazırlaşır

Qızlardan ibarət güləş yığmamız Avropa olimpiya festivalına paytaxtda hazırlaşır. Allsport.az saytı xəbər verir ki, iyulun 21-dən 23-dək bu növdə yarış keçiriləcək. Yeniyetmə qızlar son təlim-məşq toplanışına başlayıb.

Komanda həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır. Təlim-məşq toplanışı iyulun 17-dək davam edəcək. Daha sonra millimiz Atletlər Kəndində məskunlaşaraq yarışın başlanmasını gözləyəcək. Xatırladaq ki, yeniyetmə sərbəst güləşçilər Xaçmazda, yunan-Romaçılar Göygöldə təlim-məşq keçir.

Qeyd edək ki, Avropa gənclər olimpiya festivalı çərçivəsində güləşin hər növündə 6 çəki üzrə mübarizə baş tutacaq. Qızlar 46, 49, 51, 53, 57 və 65 kiloqram çəki dərəcəsində, oğlanlar isə 45, 48, 51, 55, 60 və 65 kq çəkidə çıxış edəcəklər. Güləş yarışı Heydər Əliyev adına idman-konsert kompleksində keçiriləcək.

Həmin kateqoriyadan