Yeniyetmə qızlar Krivoy-Roq toplanışına davam

Xəbər verdiyimiz kimi, yeniyetmə qız güləşçilərdən ibarət yığmamız Ukraynada təlim-məşq keçir. Allsport.az saytı xəbər verir ki, mayın 14-dən Krivoy-Roq şəhərində hazırlığa başlayan millimiz mayın 26-da Vətənə qayıdacaq.

Böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi ilə 7 yeniyetmə güləşçi qarşıdakı məsul yarışlara hazırlığı davam etdirir. Yerlilərlə birgə baş tutan toplanışda həm fiziki, həm də taktiki-texniki məşqlər keçirilir.

Qeyd edək ki, TMT gələn ay İtaliyada keçiriləcək Avropa çempionatına və iyulda ölkəmizdə təşkil olunacaq Avropa gənclərinin yay olimpiya festivalına hazırlıqdır.

Həmin kateqoriyadan