Yeniyetmə sərbəst güləşçilər Xasavyurtda təlim-məşq toplanışında

Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komanda qarşıdan gələn yarışlara hazırlıq məqsədilə Xasavyurtda Dağıstan yığmsı ilə birgə təlim-məşq toplanışına başlayıb. Allsport.az xəbər verir ki, martın 1-dən başlayan TMT-da böyük məşqçi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 15 güləşçi iştirak edir.

Heyətdə Şahin Muxtarov, Əsgər Məmmədəliyev (hər ikisi 42 kq), Röyal Ağamalıyev, İntiqam Vəlizadə (hər ikisi 46 kq), Əliabbas Rzazadə, Kənan Ağamalıyev (hər ikisi 50 kq), Kənan Şahbazov, Sabutay Əmişov (hər ikisi 54 kq), Fazil Həsənov, Füzuli Hüseynov (hər ikisi 58 kq), Orxan Abbasov, Qurban Qurbanov (hər ikisi 63 kq), İsmayıl Abdullayev (69 kq), Ravil Babazadə, Əhliman Quliyev (hər ikisi 76 kq) və Orxan Həsənov (85 kq) yer alıb.

Təlim-məşq toplanışı martın 15-dək davam edəcək.

Həmin kateqoriyadan