Yeniyetmə taekvondo yığmamız Sofiyaya təlim-məşq toplanışına yollanacaq

Bu gün yeniyetmə taekvondoçulardan ibarət millimiz Bolqaristana yola düşür. Allsport.az saytı xəbər verir ki, ATF-nin məşq zallnda təlim-məşqlərı başa vuran komandamız 21-28 avqustda Bolqarıstanın paytaxtı Sofiyada bir neçə ölkənin iştirak ilə təşkil edilən beynəlxalq təlim-məşqlərə qatılacaq.

Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə 10 idmançımız bu məşqlərdə iştirak edəcək. Oğlanlardan Nihad Əlizadə, Riyad Şirəliyev, İsmayıl İsmayılov, Yaşar Məmmədli, Pərviz İsgəndərov, qızlardan isə Aysu Məmmədova, Gülsüm Həsənzadə, Ofeliya Allahverdiyeva və Aydan Əliyeva komandanın heyətində yer alıblar.

Nəzərinizə çatdıraq ki, avqust ayinda Misirdə yeniyetmələr arasında dünya birinciliyi keçiriləcək. Komandamızın bu məşqlərdə iştirakı da birinciliyə hazırlıq məqsədi daşıyır. Millimiz 28 iyul tarixində vətənə dönəcək.

Həmin kateqoriyadan