Yeniyetmə və gənc karateçilərian ölkə birinciliyi başa çatıb

“Sərhədçi” Olimpiya İdman Mərkəzində yeniyetmə və gənc karateçilər arasında 17-ci ölkə birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Karate-do Federasiyası Assosiasiyası (AKFA) və Milli Karate Federasiyasının (MKF) təşkilatçılığı ilə baş tutub.

Yeniyetmə və gənc karateçilər (oğlan və qız) müxtəlif yaş kateqoriyalarında şəxsi kata, eləcə də fərdi kumite yarışlarında güclərini sınayıblar.

Fərdi katada əsasən “Çempion”, “Qara-Qaplan”, “Qarabağ” və “Arpaçay” klublarının yetirmələri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fərdi kumite yarışlarında isə DİN İK, “Gəncə”, “Sumqayıt”, “Arpaçay”, MKM, “Qara-Qaplan”, “Xaçmaz” və “Xırdalan” klublarının idmançıları respublika birincisi olublar. Qalib və mükafatçılar AKFA və MKF-nin təsis etdiyi kubok, medal və diplomlarla təltif olunublar.

Həmin kateqoriyadan