Yeniyetmə və gənc karateçilərimiz hun diyarına yollanıb

Yeniyetmə və gənc karateçilərimiz 14-15 sentyabrda Macarıstanda 22-ci açıq Budapeşt turnirində iştirak edəcəklər. Allsport.az saytı xəbər verir ki, baş məşqçilər – Anar Allahverdiyev və Deniz Morozovun rəhbərləyi ilə yeniyetmələrdə Ramil Baxşəliyev və Fərid Savadov (hər ikisi – 52 kq), gənclərdə Sultan Hüseynov (55 kq), Əminağa Quliyev və Hüseyn Məmmədli (61kq), Tale Yaqubov (68 kq), Hüseyn Hüseynzadə (76 kq), Namiq Quliyev (+76 kq), Fidan Dadaşova (48 kq), Polina Hurenko (53 kq) və Ayla Rzazadə (59 kq), 21 yaşadək gənclərdə Hümmət Baxşəliyev (67 kq), Murad Hacızadə (+84 kq) və Fidan Teymurova (50 kq) yarışacaq.

Macarıstandakı yarışın oktyabrın axırında Çilidə dünya çempionatına sınaq məqsədi daşıdığını bildirən əməkdar məşqçimiz, bu məqsədlə oğlanların sentyabrın ikinci yarısı İranın Urmiyə şəhərində daha bir yarışda iştirak edəcəklərini az.karate.az-a söyləyib.

Ənənəvi “Budapeşt Open”ə 36 ölkədən 1875 karateçi qatılacaq.

Həmin kateqoriyadan