Yeniyetmələr Tiflisdə 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb

Gürcüstanın paytaxtı Tiflis şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Çempionlar Beynəlxalq turniri keçirilib. Allsport.az xəbər verir ki, güləşçilərimiz yığma komandanın böyük məşqçisi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında turnirdə iştirak edib və turniri 1 qızıl, 3 gümüş və 2 bürünc medalla tamamlayıb.

42 kq çəkidə mübarizə aparan Fail İsgəndərov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıb. Yalnız final görüşündə uduzan Rəcəbəli Nəsirov (50 kq), Elvin Mustafayev (54 kq) və Nəzərşah Fətullayev (76 kq) gümüş medala yiyələnib. Bürünc medalları isə, yığmamıza Məhəmmədəli Həsənov (58 kq) və Yaşar Zamanov (85 kq) qazandırıb.

Həmin kateqoriyadan