Yeniyetmələrimiz şpaqalarının kəsərini Dunay sahilində yoxlayıb

Yeniyetmə şpaqaçılarımız Macarıstan paytaxtı Budapeşt beynəlxalq turnirində iştirak ediblər. Allsport.az saytı xəbər verir ki, oğlanların şəxsi yarışında Raul Aruslanov 6 görüşdən 2-ni qalib başa vurmaqla pley-ofa yüksəlib. O u mərhələdə italiyalı Villiam Davidə uduzub.

Qızlarda Nazilə Rəhimova pley-offda ukraynalı Polina Kleşovaya 6:15 məğlub olub. Qrupda 6 görüşdən 1-də qalib gələn Alfiya Abdinova və Azərin İdriszadə mübarizəni erkən dayandırıblar.

Nazilə Rəhimova,Alfiya Abdinova və Azərin İdriszadədən ibarət kollektiv qız şpaqaçıların komanda yarışında Rusiyanın 3-cü komandasına 26:45 hesabı ilə yenilib.

Həmin kateqoriyadan