- Baxış sayı: 79
- 15 Mart 2024 22:00
- Baxış sayı: 72
- Mart 17, 2024
- 0
İtaliyanın Milan şəhərində yeniyetmə ağırlıqqaldıranların Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün bizdən daha 5 nəfər körpücük üzərinə çıxıb. Fuad Həsənov, Elşən Məmmədov (hər ikisi – 56 kq), Murad Əliyev və Kamil Nəbiyev (62 kq) yaşı 15-ə qədər olan oğlanların mübarizəsində qüvvələrini sınayıblar.
Adı ilk çəkilən idmançı birdən və təkanla qaldırmada 2-ci olub. Onun toplam 202 kq (92+110) nəticəsi də gümüş medal qazanmasına gətirib çıxarıb. Elşən Məmmədov qoparmada və təkanla qaldırmada qızıl medal qazanıb. Cəmdə 212 kq (98+114) ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Adı 3-cü çəkilən təmsilçimiz də uğurlu çıxış edib. Hər 2 hərəkətin cəmində – 218 kq (100+118) baş mükafata sahiblənib.
Kamil Nəbiyev toplam 184 kq (80+104) nəticə ilə 10-cu, 15 yaşlı qızlarda 50 kq-da Fazilə İmanova (50+66) 9-cu yer tutublar.