Yeniyetmələrin olimpiya oyunlarına ilk vəsiqə müjdəsi ağırlıqqaldıranlarımızdan gəlib

Tailand paytaxtı Banqkokda ağırlıqqaldıranların dünya birinciliyində millimiz Buenos-Ayres yeniyetmələrin olimpiya oyunlarına 1 vəsiqə qazanıb. Allsport.az saytı xəbər verir ki, hər ölkə maksimum 2 lisenziya əldə etmək üçün müəyyən xal ehtiyatına malik olmalı idi.

Bu yarışda idmançıların yiyələndiyi medalla yanaşı, öz ölkəsinin xal ehtiyatını müvafiq olaraq artırır. 1-ci yeri tutan 28, 2-ci sıra 25, 3-cü pilləni tutan 23 xal, bundan sonra bütün mövqelərə görə isə bir xal azalma prinsipi ilə xal qazanılır:

4-cü yer 22, 5-ci yer 21 xal… və nəhayət, 25-ci yer 1 xal. Yarışda bütün çəki dərəcələri üzrə mübarizə bitdikdən sonra xal ehtiyatı ən çox olan 7 ölkə 2, sonrakı 10 ölkə isə 1 komanda lisenziyası əldə edə bilirdi. Əlavə edək ki, xal hesabı ölkənin yarışda iştirak edən 6 ən yaxşı atletinin qazandığı xala əsasən aparılırdı.

Azərbaycan millisinə ən çox qazandıran 6 ağırlıqqaldıranıin ümumi xalı 90 idi. Bununla komandamız dünya birinciliyinin ümumi sıralamasında 9-cu yeri tutdu və yeniyetmələrin olimpiya oyunlarına 1 vəsiqə qazanmış olub.

Həmin kateqoriyadan