Yerli və əcnəbi jurnalistlər arasında şahmat turniri keçirilib

Bakı Şahmat Olimpiadasının istirahət günündə yerli və əcnəbi jurnalistlər arasında şahmat turniri təşkil edilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycanla yanaşı Rusiya, Ukrayna, İspaniyadan olan media nümayəndələri arasında keçirilən sürətli şahmat turniri böyük maraqla qarşılanıb. Yaxın günlərdə mükafatçılara diplom və hədiyyələr təqdim olunacaq.

Həmin kateqoriyadan