Yesper Matisen: Norveç millisi Azərbaycanla görüşdə aşkar favoritidir

Norveçin veteran futbolçu Yesper Matisen milli komandasının DÇ-2018-in seçmə mərhələsində Azərbaycan və San Marino komandalarına qarşı oyunlarla əlaqədar fikirini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o bu 2 rəqiblə bağlı bunu söyləyib:

“Norveç yığmasının qarşıdakı oyunlardan 6 xalla ayrılmasını gözləyirəm. Çünki komandamız Azərbaycan və San Marino ilə oyunların aşkar favoritidir. Ona görə də bu iki oyunda qələbədən başqa heç nə gözləmirəm”.

Xatırladaq ki, Azərbaycan – Norveç matçı oktyabrın 8-də Bakı olimpiya stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan