Yevgeni Koçuk daha 1 il “Səbail”də

“Səbail” daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Yevgeni Koçuk komandada qalıb. 

Moldova millisinin üzvü ilə 1-illik müqavilə imzalanıb. 26 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yanvarından paytaxt klubunda çıxış edir.

Qeyd edək ki, “dənizçilər” ondan öncə Rahid Əmirquliyev, Vüqar Bəybalayev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov və Aleksandr Rıbka ilə yenidən sözləşmişdi.

Həmin kateqoriyadan